Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı gündən yüksək idarəetmə qabiliyyətinə malik, xalqına və vətəninə qəlbən bağlı lider olduğu təsdiqini tapdı

0

  •        Azərbaycan
    dövlətinin qurucusu ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən
    biri də özündən sonra layiqli varis yetişdirməsi idi. “Mən ona özüm qədər
    inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyevin özünün
    layiqli davamçısı kimi xalqımıza təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyəti
    bu fikirin təxmini deyil, qəti qənaət olduğunu sübut edir.

            Möhtərəm Prezidentimiz İlham Əliyevin
    prezidentlik fəaliyyətinə başladığı gündən yüksək idarəetmə qabiliyyətinə
    malik, xalqına və vətəninə qəlbən bağlı lider olduğu təsdiqini tapdı. Düşünülmüş
    islahatları və müdrik siyasəti ilə Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri
    sırasına çıxardı. Onun siyasətinin mərkəzində insan faktoru dayanır, xalqının
    rifah halının yaxşılaşdırılması durur.

            Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə
    prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Bəziləri
    bunun xəyal olduğunu düşünürdü. İllər keçdi, bu xəyal gerçəyə çevirildi. Bu işlər
    bu gün də uğurla davam etdirilir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması
    üçün sosial siyasət sahəsində də uğurlar əldə olunub. Əhalinin məşğulluq səviyyəsi
    artırılır, yoxsulluq minimuma endirilir.

             Pandemiya dövründə dünyanı lərzəyə salan
    koronavirusa qarşı mübarizə tədbirlərinin mütəşəkkil formada aparılması Dövlət  Başçımızın növbəti uğurlu siyasəti idi. Modul
    tipli xəstəxanaların açılması, lazımi qədər vaksinin ölkəyə gətirilməsi və təmənnasız
    olaraq əhalinin peyvənd olunması-bütün bunlar insan faktorunun dövlət siyasətinin
    diqqət mərkəzində olduğununun təzahürü idi.

            Qaçqın
    və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni müasir
    tipli qəsəbələrin salınması, hər bir məcburi köçkünə aylıq müavinətin verilməsi
    və digər güzəştlərin tətbiq edilməsi bir daha sübut edir ki, Prezidentimiz
    xalqının,hər bir sakininin yanındadır.

            Prezidentin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzləri
    yaradıldı ki, bu da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların
    rahat xidmətlərlə təminatı yönümündə aparılan islahatların bir hissəsidir.Təsadüfi
    deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" dünyada böyük maraq doğurub və bu
    təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

             Digər
    sahələri inkişaf etdirmək üçün atılan addımlardan ən önəmlisi, əlbəttə ki, iqtisadiyyatın
    inkişaf etdirilməsi idi. Cənab Prezidentimizin  mühüm qərarları və siyasəti nəticəsində
    iqtisadiyyatımız bir neçə dəfə artmağa başladı. Qeyri-neft sektorunun inkişaf
    etdirilməsi də iqtisadiyyatımızın inkişafının dayanıqlı olması üçün vacib
    addımlardan biri idi. Ölkəyə investisiyaların cəlb olunması, sahibkarlığın
    inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılması, Azərbaycan neft və qazının
    dünya bazarlarına çıxarılması iqtisadiyyatımızın inkişafına böyük təkan verən
    islahatların əsasını təşkil edir.

            Məhz iqtisadiyyatımızın güclənməsi imkan verdi
    ki, güclü və qüdrətli ordu yaratmaq mümkün olsun. Müharibə şəraitində yaşayan,
    torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik
    olan məsələlərdən biri idi. Bunu nəzərə alan Prezidentimiz, Ali Baş Komandanımız
    İlham Əliyev hakimiyyətin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək
    döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində əməli işlər apardı. Bunun
    nəticəsidir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sırasında yer tutur.

            Rəşadətli ordumuz Ali Baş Komandanımız İlham
    Əliyevin rəhbərliyi altında öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində
    həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Bunun
    davamı olaraq olaraq 2020-ci ilin sentyabrın 27-dən başlayan və noyabrın 10-da Ordumuzun
    Zəfəri ilə nəticələnən 44 günlük Vətən
    müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. 30 il ərzində beynəlxalq təşkilatların
    bacarmadığını Rəşadətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında
    xalqımızın dəstəyi və birliyi sayəsində həyata keçirdi və işğal altında olan
    torpaqlarımızın böyük bir hissəsini düşmən tapdağından azad etdi. Bu gün də ordu
    quruculuğu uğurla davam etdirilir. Erməni separatçılarının təxribatlarına
    layiqli cavab vermək, hələ də sülhməramlıların nəzarəti altında olan
    torpaqlarımızı işğalçı qüvvələrdən təmizləmək üçün Silahlı Qüvvələrimiz lazımi
    tədbirlər həyata keçirir.

            Əminik ki, yaxın vaxtlarda Xocalıda da, Xankəndində
    də üçrəngli bayrağımızı dalğalandıracağıq!

            Zəfər Gününü bizə bəxş etmiş Şəhidlərimizin
    Ruhları qarşısında baş əyirik! Qazilərimizə şəfa diləyirik!

            Prezidentlik fəaliyyəti dövründə müdrik siyasəti, gərgin
    iş fəaliyyəti, qəti addımları ilə ikili standartlar fonunda bütün təzyiqlərə sinə
    gərən Prezidentimiz İlham Əliyevə Allah can sağlığı versin!

    Zülfü Quliyev,Xocalı rayon ziyalısı 

     

     

     

     

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı gündən yüksək idarəetmə qabiliyyətinə malik xalqına vətəninə qəlbən bağlı lider olduğu təsdiqini tapdı

    Maraqlı gələ bilər
    43